-
- 18-04-2020, 14:45
- 841
"Dünya işğal olunmuş Qarabağdakı "seçkiləri" rədd etdi" - MƏMMƏDYAROV
"Ermənistan tərəfindən davam edən hərbi işğalı və Azərbaycan ərazilərinin etnik təmizlənməsi fonunda, Azərbaycanın işğal olunmuş ərazilərində "seçkilər"in keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, həmçinin beynəlxalq hüquq, o cümlədən BMT Nizamnaməsi, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri norma və prinsiplərin açıq şəkildə pozulmasıdır və buna görə də heç bir hüquqi qüvvəyə malik deyildir".
News24.az xəbər verir ki, bu sözləri "London Post"a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiya çərçivəsində və bütün bölgə əhalisinin tam iştirakı ilə keçirilə bilər:"Bu cür seçkilər yalnız erməni işğalçı qüvvələri geri çəkildikdən, qovulan Azərbaycan əhalisi öz doğma yerlərinə qayıtdıqdan və bölgədəki erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlıq bərpa olunduqdan sonra mümkün olacaq".
E.Məmmədyarov qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsi və bunun nəticəsində ölkənin ərazilərinin işğalı ilə bağlı ardıcıl olaraq ən güclü formalarda təəssüfünü ifadə edib: “1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874 və 884) qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pislədi və Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını hörmətini bir daha təsdiqlədi. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləndi və erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edildi”.
XİN rəhbəri müsahibəsində vurğulayıb ki, əvvəlki hallarda olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"i qətiyyətlə rədd etdi və onun qanunsuz olduğunu elan etdi: “Bu sırada Qoşulmama Hərəkatı, İƏT, Aİ, NATO, Türk Şurası, GUAM, TÜRKPA və digər beynəlxalq təşkilatlardan, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərindən və çoxsaylı dövlətlərdən gəlmiş ayrı-ayrı bəyanatları qeyd etməliyik”.
Nazir qeyd edib ki, bu qanunsuz hərəkətləri qınamaq kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək və ya başqa sözlə, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycanın səyləri bunun üçündür və bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün lazımdır.
Elmar Məmmədyarov bildirib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı qondarma seçkilərin keçirilməsini də rəsmi şəkildə rədd edib və Böyük Britaniyanın Bakıdakı səfirliyi bunu rəsmi şəkildə aşıqlayıb:"Böyük Britaniya Dağlıq Qarabağda prezident seçkilərini tanımır, ikinci tur aprelin 14-də baş tutur. Böyük Britaniya yenidən ATƏT-in Minsk Qrupunu və həmsədrlərin sülh prosesindəki rolunu dəstəklədiyini vurğulayıb. Bildirilib ki, beynəlxalq hüquq normalarının və prinsiplərinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycanı və Ermənistanı etimad yaratmaq və münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səyləri sürətləndirməyə çağırırıq".