Zaqatalada karantin rejimini  pozanlar CƏRİMƏLƏNDİ - FOTO
    • 18-04-2020, 15:10
    • 622

Zaqatalada karantin rejimini pozanlar CƏRİMƏLƏNDİ - FOTO

Ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməktədir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman verilmiş icazələrdən sui-istifadə edən, SMS icazə sisteminə gün ərzində bir neçə dəfə ayrı-ayrı kodlarla sms göndərən, eləcə də icazə üçün  müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq küçədə hərəkətinə davam edən şəxsləri müəyyən ediblər.

Qaydaları pozduqları üçün həmin rayon sakinləri - Tural Məmmədov, Çingiz Həsənov, Ramin Sultanov, Nəcəf Süleymanov və Tərlan Ramazanov barəsində İnibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.