Su hövzələri qadağan olunmuş  vasitələrdən təmizləndi
    • 21-04-2020, 10:49
    • 710

Su hövzələri qadağan olunmuş vasitələrdən təmizləndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən  icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin sututarlarında, o cümlədən Kür çayı, Mingəçevir və Şəmkir su anbarları, Şirvan kanalı, Mil-Muğan kollektoru və Xəzərsahili akvatoriyada genişmiqyaslı  nəzarət tədbirləri həyata keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinnin mətbuat xidmətindən News24.az-a Reydlər nəticəsində  istifadəsi qadağan edilən 5873 metr uzunluğunda sintetik tor,  2182 ədəd  qadağan olunmuş müxtəlif ov aləti və 4 qayıq aşkar edilib. 

Faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılıb və təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə  göndərilib.

Qeyd edək ki,  balıqların kürütökmə dövrü ilə əlaqədar  1 may 2020-ci il tarixindən balıq ovuna 3 aylıq  moratorium elan edilib.