Dövlət adamlarının koronavirusla mübarizəyə ayırdığı ianə - SİYAHI
    • 22-04-2020, 00:24
    • 772

Dövlət adamlarının koronavirusla mübarizəyə ayırdığı ianə - SİYAHI

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) ianələr davam edir.
İndiyədək Fonda 112 milyon 679 min 647 manat vəsait köçürülüb.
 
Bu məbləğin 20 milyon manatı Prezidentin Ehtiyat Fondundan köçürülüb. Qalan hissəsi isə hüquqi (3 125) və fiziki şəxslər (10 435) tərəfindən yardım edilib. Hüquqi şəxslərdən yığılan vəsaitin məbləği 85 milyon 331 min 373, fiziki şəxslərdən yığılan vəsait isə 7 milyon 7 min 741 manatdır.
 
Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı sözügedən Fonda ianə edən fiziki şəxslər arasında dövlət və hökumət nümayəndələri, məmurlar, səfir və rektorlar da var. KMDF-yə ilk olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir illik maaşlarını köçürüblər.
 
News24.az Modern.az-a istinadla  Fonda ianə etmiş məmurların adlarını və köçürdüyü vəsaitin miqdarını (manatla) təqdim edir:
 
  • İlham Əliyev (Azərbaycan Respublikasının Prezidenti) - 126 900
  • Mehriban Əliyeva (Azərbaycanın Birinci vitse-prezidenti) - 101 700
  • Əli Əsədov (Baş Nazir) - 10 000
  • Yaqub Eyyubov (Baş Nazirin müavini) - 9 000
  • Məleykə Abbaszadə (Dövlət İmtahan Mərkəzinin sədri) - 8000
  • Muxtar Babayev (Ekologiya və Təbii Sərvətlər naziri) - 5000
  • Sahil Babayev (Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) - 3951
  • Ceyhun Bayramov (Təhsil naziri) - 10 000
  • Niyazi Bayramov (Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı) - 1000
  • Mayis Bərxudarov (general-mayor) - 2030
  • Tahir Budaqov (Dövlət Statistika Komitəsinin sədri) - 10 460
  • Əli Əhmədov (Baş Nazirin müavini) - 2820
  • Qəzənfər Əhmədov (ANAMA-nın direktoru) - 1700
  • Əhməd Əhmədzadə (Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri) - 10 000
  • Cəmil Əliyev (Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, Milli Onkologiya Mərkəzinin baş direktoru) - 20 000
  • Fərəh Əliyeva  (PA-nın Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri) - 500
  • Natiq Əmirov  (Prezidentin köməkçisi - PA-nın İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri) - 10 000
  • Abdin Fərzəliyev (Nərimanov rayon İcra Hakimiyyətinin başçısı) - 3000
  • Eyvaz Hüseynov (Xocavənd rayon İcra Hakimiyyətinin başçısı) - 1500
  • Vüsal Hüseynov (Dövlət Miqrasiya Xidmətinin rəisi) - 3000
  • Səfər Mehdiyev (Dövlət Gömrük Komitəsinin sədri) - 10 000
  • Müstəqim Məmmədov (Tərtər rayon İcra Hakimiyyətinin başçısı) - 2000
  • Şahin Mustafayev (Baş Nazirin müavini) - 3090
  • Polad Bülbüloğlu (Azərbaycanın Rusiyadakı səfiri) - 10 000
  • Əbülfəs Qarayev (Mədəniyyət naziri) - 5000
  • Ramin Quluzadə (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri) - 2327
  • Ədalət Muradov - (ADİU-nun rektoru) - 2428
  • Elmar Qasımov (BANM-nin rektoru) - 5000
  • Mədət Quliyev (Müdafiə Sənayesi naziri) - 17 165
  • Mübariz Qurbanlı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri) - 2500
  • Cavid Qurbanov (Azərbaycan Dəmir Yolları QSC-nin sədri) - 10 000
  • Elman Rüstəmov (Mərkəzi Bankın rəhbəri) - 6800
  • Fərid Şəfiyev (BMTM-nin rəhbəri) - 1694
  • Oqtay Şirəliyev (Səhiyyə naziri) -  10 000
  • Elçin Babayev (BDU-nun rektoru) - 3500
  • Gəray Gəraybəyli (ATU-nun rektoru) - 2000