-
- 24-03-2020, 19:25
- 1 374
Mədət Quliyev 17,165, Şahin Mustafayev 3090, Ceyhun Bayramov 10, 000... - SİYAHI
Artıq 5 gündür ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanıyla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fonda bu günə kimi 68,274,279 manat ianə toplanıb. Prezidentin təşəbbüsünə qoşulanlar arasında həm hüquqi, həm də fiziki şəxslər var.
News24..az xəbər verir ki, fiziki şəxslərin ianəsi ilə bağlı hazırlanan siyahını təqdim edir. Rəsmi siyahıya əsasən deyə bilərik ki, fiziki şəxslər tərəfindən Fonda ümumilikdə 781,759 manat pul köçürülüb.
Siyahıda ilk bu təşəbbüslə çıxış edən Prezident İlham Əliyev Fonda 126,900, birinci vitse-prezident Mehriban Əliyeva 101,700 manat pul ianə edib.
Hökumət üzvləri də ianə aksiyasına qoşulub.
Fonda Baş Nazir Əli Əsədov 3600, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 10,460, Prezidentin köməkçisi Şahmar Mövsümov 1000, Ceyhun Bayramov 10,000, Müdafiə Sənayesi naziri Mədət Quliyev 17,165, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2500, Baş nazirin müavini Şahin Mustafayev 3090, manat pul köçürüb.
Milli Məclisin deputatları da ianə aksiyasından kənarda qalmayıb. Belə ki, Fonda Ziyafət Əsgərov 4000, Nizami Cəfərov 3500, Qənirə Paşayeva 2800 manat, Qüdrət Həsənquliyev 500, Zahid Oruc 500 manat pul köçürüb.
Müşfiq Həsənov fonda 180 min manat ianə edib.
Siyahı ilə bu linkdə - http://covid19fund.gov.az/az/donation tanış ola bilərsiniz.