İranda koronavirusa yoluxanların sayı 86 MİNƏ ÇATIR
    • 22-04-2020, 15:10
    • 821

İranda koronavirusa yoluxanların sayı 86 MİNƏ ÇATIR

İranda koronavirus infeksiyalarının sayı 85 min 996-dır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur məlumat verib. O bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı 5391-ə çatıb:"Son bir gündə ölkə daxilində 1194 yeni COVID-yoluxma hadisəsi aşkar edilib.  Eyni zamanda 63113 xəstə sağalıb. Ölkədə son 24 saat ərzində 94 nəfər ölüb".