-
- 24-04-2020, 16:28
- 1 715
"Kəlağayı maskalardan əldə olunan gəlir xeyriyyə məqsədi ilə xərclənilir" - GÜLNARƏ XƏLİLOVA
"İlk başdan bu hadisəyə görə bir o qədər də həyəcanlanmırdım, amma insanların ajiotajı məni məyus edirdi. Ümumiyyətlə, bu bəlaya sakit reaksiya göstərdim. Çünki təbiətçə qorxaq, mənfi auraya tez köklənən insan deyiləm. Əgər, nəsə olmalıdırsa, deməli, o olacaq. Məncə, bu cür hadisələr insanları bir-birinə daha da mehriban və yaxın etməlidir. Çünki bu, Allahdan bizə göndərilən bir ismarıcdır. İndi hər kəs evdədir. Təbəqədən aslı olmayaraq hər kəs eyni qanunlara riayət edir. Yalnız qızıma görə narahatam. O, hazırda Budapeşdədir. Amma narahatlığımı çox biruzə vermirəm. Uşaqlarım bizə oxşayıblar. Mızıldanan deyillər".
Bu sözləri tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın Sosial iş komissiyasının rəhbəri, "Tərəqqi" dövlət mükafatının sahibi Gülnarə Xəlilova News24.az-ın "Ülkər Rəşidqızı ilə karantində" layihəsində qonaq olarkən deyib.
O, belə həssas məqamlarda hər kəsin bir-birinə dəstək olmalı, yardım etməli olduğunu vurğulayıb: "Biz bir-birimizə etdiyimiz yaxşılıqdan başqa, heç nəyi o dünyaya aparmayacağıq. Yəni, insana qalan ancaq yaxşılıq olacaq. Həyatını sevgi dolu yaşamalısan. Axı niyə insanlar bir dünya malına görə bir-birlərini bu qədər didib yorurlar, satırlar? İnanın ki, bunların hamısı boş şeylərdir. Bəzən dünyasını dəyişmiş insanların arxasınca danışırlar, söyürlər, qarğış edirlər. Mən belə şeylərə çox məyus oluram. Nəfsi heç nəyi satmaq olmaz. Bacardığım qədər hər kəsə dəstək olmağa çalışmışam. Dostlarımın uğuru məni ancaq sevindirər. Xəyanət, arxada iş görmək... Mən belə şeyləri başa düşmürəm. Son zamanlarda sosial şəbəkədə saxta profil açıb təhqirlər yazan istifadəçilər çoxalıb. Kim, kimə pis söz demək istəyirsə, dərhal bir saxta profil açıb istədiyini yazır. Bunu edənlərin heç bir öz adını orda qeyd etmir. Bir az kişi olun".
Söhbət zamanı Gülnarə Xəlilova hazırladığı unikal maskalardan söz açıb: "Azərbaycanda bir ilkə imza atdım. Martın 29-dan başlayıb maskalar hazırladım. Məndən sonra davamçılarım gəldi, bu isə sevindirici məqamdır. Bu addımı xeyriyyə məqsədi ilə atdım. Mən həmişə xeyriyyə işləri ilə məşğul olmağı sevmişəm. Düşündüm ki, madam insanların bu zamanda ən çox maskaya ehtiyacı var, niyə də bu addımı atmayım? 900 ədəd maska hazırladım və onların hər biri aztəminatlı ailələrə paylanıldı. Bu maskalar çox davamlıdır. Digər hazırladığım və yenilik olan kəlağayı maskalarının satışı çox az şəkildə həyata keçirildi, gələn gəlir isə xeyriyyə məqsədi ilə istifadə olundu. Və bu da davam olunacaq. Maskaları hazırlayanda parçalarda sıxlığın olmasına və yüzdə-yüz natural olmasına diqqət yetirmişik. Əksər insanlar bu addımımı çox gözəl qarşıladılar, amma bir-iki neqativ fikir deyənlər də oldu. Küləyin hardan əsdiyini çox gözəl bilirəm. Bir işi tam araşdırmasam, onu etmərəm. İpək antiseptik, antiallergiya və mikroba qarşı olan materialdır ki, insana çox xeyirlidir. Yəni bu, ən gözəl qoruyucudur. Xanımlara məsləhətim odur ki, daim boğazlarına qırmızı kəlağayı bağlasınlar və tezliklə nəticəni görəcəklər".
Həmsöhbətimiz hazırladığı geyimlərdə milli ornamentlərdən istifadə etməsindən də danışıb: "Mən 20 ildir milli və vətənpərvər ruhumu ortaya qoymuşam. Ölkəmi məhz bu cür üslubda hazıradığım kolleksiyalarla xaricdə təmsil edirəm. Kolleksiyalarımın çoxu milli üslübda, kəlağayılardan hazırlanıb. İlk dəfə xalça elementlərini geyimin, çantaların üzərinə də mən qoymuşam. Əgər, söhbət Azərbaycandan gedirsə, hər bir şey səliqəli və gözəl şəkildə tikilməlidir".
G.Xəlilova milli üslubda hazırlanan geyimlərdən gəlir əldə etməyin mümkünsüz olduğunu da qeyd edib: "Təəssüf ki, insanları ora-burası açıq geyimlər daha çox maraqlandırır. Buna görə də milli geyimlərin satışı ilə kommersiya eləmək mümkün deyil. Məsələn, hazırladğım "İpək sərvət" kolleksiyam ölkədə çox maraqla qarşılandı. Bu layihəni Əminə Məlikovayla birgə həyata keçirdim. Bu layihədən sonra bütün dostlarım bu möhtəşəmliyə görə mənə təşəkkür ünvanlayıb təbriklər etdilər. Amma satışı qənaətbəxş deyil. Axı niyə eyni üslübda, amma milli ornamenti ilə olan geyimlər alınmır? Qiymətləri də normal qoymuşduq. Minimal 400 manatdan başlayırdı. O geyimlərdə hər bir nüans əl əməyi, göz nurudur. O, kaşmirlərin hər birinin araxçını da var idi. Bu da bir ilk idi. Düzdür, kolleksiyalarımı satışa çıxarmağı o qədər də çox sevmirəm, amma yenə də... Çünki bilirəm ki, o geyimləri təkrar hazırlamayacam. Yəni onlardan bir daha olmayacaq. Amma xaricdə kolleksiyalarımı nümayiş etdirəndə onlara ehtiyac duyuram. Bəlkə də dünyada yeganə dizaynerəm ki, kolleksiyasını satmaq istəmirəm. Onların hər biri mənim üçün çox dəyərlidir. Onlar mənim övladlarım kimidir".
G. Xəlilova onu da vurğulayıb ki, xaricdə kolleksiyalarına maraq böyükdür: "Hər dəfə yeni kolleksiyamla xaricdə çıxış edəndə, məni çox gözəl qarşılayıblar. Üç dəfə Çində, daha sonra Türkiyədə, Rusiyada, Avstriyada, Londonda dəfilələrdə olmuşam. Sadəcə, mən çox bahalı, keyfiyyətli materiallardan istifadə edirəm. Parçaları Lökbatandan almıram. Ona görə də bir geyim mənə çox baha başa gəlir. Təssüf ki, hələ də keyfiyyətsiz milli paltar tikənlər var. Mən çalışıram ki, hazırladığım geyimlər rahat olsun. Məncə, gördüyün işi sevgi və peşəkarlıqla eləməlisən".
Modelyer-dizayner 2020-ci ilin rəng tonlarından da danışıb: "Demək olar ki, bütün rənglər il boyunca aktualdır. Mən təbiətin bütün rənglərini sevib istifadə eləmişəm, amma hər bir geyimə də bütün rənglərdən istəfadə etmək olmaz. Bu mövsüm mərcan, xardal rəngləri, göy, ağ-qara dəbdədir. Xüsusilə də tünd qırmızı rəng gündəmdədir. Məsələn, mavi rəng çox gözəldir, bamayaraq ki, koronavirusun rəngidir. Bu tonun gündəmdən düşəcəyinə o qədər də inanmıram".
Sevda Bayramova