-
- 30-04-2020, 17:52
- 867
Agentliyin yolda qoyduğu betonlar daha bir qəzaya səbəb oldu - FOTO
Artıq bir müddətdir ki, Bakı-Sumqayıt yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən beton arakəsmələr qoyulur.
Müvafiq nişanlama olmadığı üçün demək olar ki, hər gün yol qəzaları baş verir. Sürücülər yolun ortasında qoyulmuş betonlara çırpılır. Hətta bir neçə gün əvvəl ölkəmizdəki səfirliklərdən birinin avtomobili də qəzaya uğrayıb və ərazidə dəhşətli tıxac yaranıb.
Dünən isə daha bir qəza baş verib. 99 CT 052 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil beton arakəsməyə deyib. Nəticədə bir nəfər ciddi xəsarət alıb, avtomobilə ziyan dəyib. /Avtosfer/