Şəmkirdə - QƏTL
    • 1-05-2020, 20:36
    • 876

Şəmkirdə - QƏTL

Şəmkir şəhərində odlu silahla qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Yeni Həyət kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Elçin Hüseynov bacanağı, 1977-ci il təvəllüdlü Etibar Süleymanov tərəfindən şəxsi münaqişə zəminində küstar üsulla hazırlanmış silahla qətlə yetirilib.

Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin axtarışları davam etdirilir.