Milli Məclisdə YENİ TƏYİNAT
    • 1-05-2020, 23:33
    • 809

Milli Məclisdə YENİ TƏYİNAT

Milli Məclis Aparatının birləşdirilən şöbələrinin müdirləri məlum olub.

News24.az xəbər verir ki, birləşdirilən İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Məhəmməd Bazıqov təyin edilib.

M. Bazıqov bundan əvvəl İqtisadi qanunvericilik şöbəsinin müdiri olub.

Birləşdirilən Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Hacı Mirhəşim təyin olunub.

Beynəlxalq münasibətlər şöbəsinin müdiri də dəyişib.  Rəşid İbrahimovu bu vəzifədə Protokol  sektorunun  müdiri İlkin Məmmədov  əvəzləyib.