Astroloq: Müxalif bürclər evlənməsin - VİDEO
    • 24-09-2018, 18:30
    • 1 203

Astroloq: Müxalif bürclər evlənməsin - VİDEO

Nə qədər etiraf etməsək də, hər birimiz qarşı tərəfin hansı bürc, yaxud  ildən olduğu ilə maraqlanır, növbəti ilin və ya günün astroloji xüsusiyyətlərini araşdırır, bizə düşərli olub-olmayacağını öyrənmək istəyirik.

Bəziləri isə hətta ciddi qərarlarda belə bürclərin proqnozu ilə hərəkət edir, münasibəti bu meyarlar üzərində qurur, uyğun gəlməzsə, dərhal həmin şəxslə əlaqəni kəsirlər. 

Astroloq Səbuhi Rəhimli isə evliliyin bürclərlə əlaqələndirilməməsini tövsiyə edir. 

O qeyd edir ki, kosmik ahəngin insanlara təsiri xarakter və davranışda dəyişikliyə gətirib çıxara bilir.
Astroloq müxalif bürcləri də açıqlayıb.

“Müxalif bürclər bir yerdə tamdırlar, amma birləşməyi bir az çətindir. Birləşsələr, birlikdə xariqələr yarada bilərlər. Buğada əqrəb, əkizlərdə oxatan, xərçəngdə oğlaq, şirdə dolça, qızda da balıq. Yəni özündən sonrakı altı ay sənin düşmənin sayılır”.

Psixoloq Təhminə Çələbi isə hesab edir ki, bəzi insanlar öz həyatlarının məsuliyyətini başqalarının üstünə atır: 
“Əgər ciddi qərarlarda kimsə bürclərin proqnozu ilə hərəkət edirsə, deməli, həmin şəxs psixoloji cəhətdən zəifdir”.
Psixoloq qeyd edir ki, insanı tanımağın ən gözəl yolu ona zaman verməkdir:
“İmkan verməyin ki, bürclər sizin taleyinizə təsir etsin. Seçdiyiniz insanla vaxt keçirməyə, onu tanımağa çalışın”.
Mövzu ilə əlaqədar  reportajı təqdim edirik:

//Baku tv