Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
    • 30-11-2018, 21:15
    • 1 257

Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?

2019-cu il dəyişikliklər ili olacaq. Zodiak işarələrinin bir çox nümayəndələrini uğur gözləyir.

Rusiyalı astroloq Pavel Qloba gələn ilin astroloji proqnozunu tərtib edib. Pavel Qloba - təkcə Rusiyada deyil, MDB məkanında ən məşhur münəccimlərdən biridir. Onun proqnozları astrologiya və astronomik məlumatlara əsaslanır, odur ki, bürclər üçün hazırladığı proqnoz dəqiqdir.
Çin ulduz falına inansaq, gələn il şəxsi yüksəliş və planlarının həyata keçirilməsi baxımından uğurlu olacaq. Pavel Qloba sadəcə ulduz falı tərtib etməklə kifayətlənmir, həm də uğur qazanmaq üçün dəyərli tövsiyələr verir.

Qoç
Qoçların temperamentini 2019-cu ildə Mars planeti bəsləyəcək. Mars həmişə bu bürcün nümayəndələrinin təcavüzkar əhval-ruhiyyəsini artırır, odur ki, Qoçlara kəskin mübahisə və sərt davranışlarından çəkinmək tövsiyə olunur. Yeni ildə yeni qələbələr qazanmaq üçün döyüşkən əhval-ruhiyyə lazım olacaq, amma söhbət mətanət və təzyiqdən yox, strategiyanın hazırlanmasından gedir.
Bir çox Qoçların taleyində Mars dəyişikliklər hazırlayır: Həyat səviyyəsi yaxşılığa doğru dəyişməyə başlayacaq. Əgər yanvar və fevral ayında prioritetləri düzgün qoysanız, eləcə də mart, aprel və may aylarında hədəflərə doğru inadla getsəniz, haminiz sizə gözlənilməz uğur seli ilə cavab verəcək. Özü də bu, yalnız maliyyə və sevgi məsələlərinə aid deyil, uğur həm də mənəvi tərəqqi və özünü inkişaf sahəsinə təsir edəcək.

Buğa
Buğa bürcü altında doğulanlar üçün 2019-cu il təsadüf və ziddiyyətlərlə dolu olacaq. Bir tərəfdən Buğaları bir çox sahələrdə uğur gözləyir, problemlər demək olar ki, öz-özünə həll olacaq. Digər tərəfdən işlərdə davamlı olaraq yanlış anlaşılmazlıqlar və uyğunsuzluqlar nəzərə çarpacaq. Onlardan qaçmaq üçün özünə əminli olmaq vacibdir.
Sarı Torpaq Donuz ili Buğaların həyatına şöhrət və rifah gətirə bilər, amma bir şərtlə: öz duyğularınızı idarə edə və yaxınlarınızla xoş münasibəti qoruyub saxlaya biləsiniz. Merkuri ilin hökmdarı qismində hərəkət edəcək. Yadda saxlayın ki, uğur qazanmaq üçün səy göstərmək tələb olunur.

Əkizlər
2019-cu ildə Əkizlərin həyatlarında əsaslı dəyişikliklər gözlənilir. Uran və Neptun vacib planetlər olacaq. İyunun 20-dək Əkizlərə qarşı qüvvələrini birləşdirəcək. Uğursuzluqların bir çox planları və ümidləri alt-üst etmək riski var. Münasibəti dəyişməyənə qədər planetlərin təzyiqi onlara təsir göstərəcək.
Bu il yolunuza çıxan bütün çətinlikləri imtahan və böyümə nöqtələri kimi qəbul etmək lazımdır. Əgər baş verənləri analiz etməyə başlasanız, inanılmaz uğura imza ata bilərsiniz. Öz üzərində düzgün iş Əkizlərə imkan verəcək ki, istədiyiklərini iyul ayında qazansın. Daha sonra Neptun 20 noyabra qədər geri çəkiləcək. Bu müddət şəxsi və karyera inkişafı dövrü olacaq. Mənəvi axtarışlar üçün uğurlu imkanlar müşahidə olunur, hansı ki, onlar sizə daha yaxşı olmağa kömək edəcək.
Əgər Əkizlər öz ambisiyalarını bir kənara qoysalar və həyata ehtiyat prizmasından baxsalar, ilin qalan hissəsini müsbət və demək olar ki, problemsiz keçirəcəklər.

Xərçəng
2019-cu ildə Yupiter Xərçənglər üçün çətin və məqsədyönlü bir sınaq hazırlayıb. Astroloq bildirir ki, Xərçənglərin müvəffəqiyyəti hədəflərə qarşı inadkar mübarizəsindən asılı olacaq. 11 avqusta qədər Yupiter retro-frazada yerləşəcək.
Himayədarın qeyri-müəyyən təsiri və keçmiş problemlərin geri dönüşü kartları qarışdıraraq Xərçəngləri hədəfdən yayındıra bilər. Odur ki, problemlərə baxmayaraq, əsas hadisələrə yönəlmək və hədəflərə köklənmək tövsiyə edilir. Bu bürcün nümayəndələri üçün avqust xüsusilə yadda qalacaq. Avqustun 11-dən dekabrın 1-dək onlar üçün yeni həyat başlayacaq. Yupiter Oxatan bürcündə tez-tez yer dəyişdirəcək, odur ki, bu, Xərçənglərə kömək edəcək ki, ciddi qərarları asanlıqla qəbul etsin, baş verənlərin düzgün təhlini aparsın, nəticə etibarı ilə hədəflərinə doğru problemsiz irəliləsin.
Himayədarın birbaşa hərəkəti ambisiyalara müsbət təsir göstərəcək, intuisiyanı və həyat tonusunu artıracaq. 2019-cu ilin dekabrında xoşagəlməz vəziyyətlərə düşmək riskini sadəcə özünə inam və yaxınların dəstəyi sayəsində azaltmaq olar.

Şir
Sarı Torpaq Donuz ilində Şirlərin müvəffəqiyyət qazanması uğrunda onlara havadarlıq edən Günəş və antaqonist Saturn üz-üzə gələcək. Bu, Şirlərə asan başa gəlməyəcək. Astroloq yalnız 3 təklif təqdim edir: ideyalarla cəsarətli olmaq, işdə çalışqanlıq və planları həyata keçirmək, insanlarla ünsiyyətdə ehtiyatlı davranmaq.
Aşağıdakıları yadda saxlamaq vacibdir: Gələn il şəxsi ideyaları müzakirə etmək, planlar haqqında danışmaq və zəfərləri hətta ən yaxın insanlarla baxımdan əlverişli deyil. 2019-cu il paxılların və bədxahların fəallaşması ilə bağlıdır, onlar Şirlərin ideyalarını mənimsəyə bilər.
Saturnun geriləmə dövrü martın 30-dən sentyabrın 18-dək təsadüf edir və bu, kömək edəcək ki, kəskin dəyişiklik və xoşagəlməz hadisələrin qarşısı alınsın. Bu zaman astroloq çox cəsarətli addımlar atmağı hələ məsləhət görmür, yadda saxlayın ki, il uğur və nailiyyətləri ilə yanaşı, həm də vicdansız şəxslərin bolluğu ilə zəngindir.

Qız
Merkuri və Yupiter planeti Qızların həyatında hadisələri tənzimləyəcək. Onların təsiri nəticəsində Qızlar dəyişim selinə dayana və enerji imkanları ilə özünü realizə edə biləcək. İlin əvvəlində və ortalarında işgüzar və tədbirli davranaraq kreativ ideyalarınızı həyata keçirə biləcəksiniz. Prosesə vaxtında qatılmaq vacibdir, odur ki, öz arzularınızı həyat keçirmək üçün enerjinizi özgə problemlərin həllinə xərcləməyin.
Gələn il şəxsi maraqları digərlərindən, hətta qohum-əqrəbadan daha üst pilləyə qoymaq lazımdır. Unutmayın ki, Yupiter bütün il boyu illüziya yarda bilər, bu baxımdan bir çox fürsətlərə şübhə ilə yanaşmaqda və əmin olmadığınız işlərə qol atmamaqda fayda var.
Qızları yeni ildə gözləyən ən müvəffəqiyyətli dövr öz nişanının hamisi ilə bağlıdır. Avqustun 28-dən sentyabrın 13-dək bir çox xəyallar və planlar reallaşacaq.

Tərəzi
Tərəzilər inadcıl və məqsədyönlü olsalar, gələn il onlar üçün uğurlu olacaq. Donuz ili Tərəzilərə bir çox vəziyyəti dəyişmək, səhvləri analiz etmək, özünü yenidən tərbiyə etmək və kainatın göndərdiyi problemlərə yetkin reaksiya vermək imkanı öyrədəcək. Düzgün nəticə çıxarmaq və prioritetlər qoymaq lazımdır. Əgər buna ciddi əməl etsəniz, ilin ortalarında xoşagəlməz hadisələrin yerini müsbət dəyişikliklər əvəz edəcək.
Həyat dəyişikliklər yanvarın 7-dən fevralın 2-dək, martın 26-dan aprelin 19-dək, mayın 15-dən iyunun 8-dək, sentyabrın 14-dən oktyabrın 7-dək, eləcə də noyabrın 2-dən 25-dək ola bilər. Astroloq bildirir ki, bu dövrlərdə Tərəzi bürcünün nümayəndələrinin həyatı kökündən dəyişəcək. Bu dövrlərdə yaxşılığa doğru taleyini dəyişmək ehtimalı yüksək olacaq, əsas odur ki, yolunzu diqqətlə seçin.

Əqrəb
Uran və Yupiter Əqrəblər üçün dəyişiklik ili hazırlayıb. Uğur öz günahları unutmağı və ətrafdakıları bağışlamağı bacaran Əqrəblərin üzünə güləcək. Mart ayında Uran Buğa bürcündə qütbü dəyişəcək və ambisiyaları bir qədər zəiflədəcək. Bu aydan etibarən, axıntıya qarşı üzən Əqrəblər səbirli davranmağa səy göstərməli, məqsədlərə köklənməli və onları həyata keçirməlidir. Yupiter sizə ilham verəcəkdir. Lakin məqsədlərin həyata keçirilməsi üçün mənəvi hazırlıq gözləyir, yaya qədər gözləməli ola bilərsiniz.
Əgər rahatlıq zonasından çıxmağa hazır deyilsinizə, bütün gözlənilən dəyişikliklər təxirə düşəcək, qorxular vahid axınla həyatınıza soxulacaq. Bu isə demək olar ki, ilin sonuna qədər xaos dövrünə və gərginliyə səbəb ola bilər. Köklü dəyişikliklərə baxmayaraq, həyat sizə uğur və qələbə qazanacaqdır.

Oxatan
Oxatanlar üçün gələn haqqında birmənalı fikir bildirmək mümkün deyil. Əgər 2018-ci il boşa gedibsə, məqsədlər həyata keçiriləməyibsə, o zaman Oxatanları istiqamətlərin, hədəflərin və özünəinamın itirilməsi gözləyir. Əgər belə deyilsə, onda Oxatanlar yoluna davam edəcək və Donuz ilini onlar üçün uğurlu adlandırmaq olar, xüsusilə iş və şəxsi sferalarda.
Bu proqnoz Yupiter və Günəşin təsirinə bağlıdır. Hər iki himayədar son dərəcə müsbət mesaj verir, amma problem ondadır ki, onların təsiri əvvəlcədən başlanmış işlərin gedişatına kömək edəcək.
Xüsusilə dekabrın əvvəlində - Yupiterin qütüblərdəki kəskin dəyişim dönəmində ehtiyatlı olmaq lazımdır. Dekabrın 2-də Yupiter planeti Oxatandan Oğlaq bürcünə keçəcək. Astroloq uğursuzluq riskini azaltmaq üçün o vaxt üçün istirahət və ya məzuniyyət planlaşdırmağı məsləhət görür. Doğru qərarların qəbul edilməsi müvəqqəti olaraq dondurulacaq, həyatda uğursuzluq ehtimalı isə demək olar ki, maksimuma çatacaq.

Oğlaq
Önümüzdəki il Oğlaqlar üçün əhəmiyyətli planetlər - əzm və iradəni artıran Marsla şans gətirən Venera olacaq. Aktiv planetlər Oğlaqa əsl xoşbəxtlik üçün əksik olan hər şeyi bəxş edəcək. Astroloq Qoçlara yanvarın birindən etibarən kainatın ipuclarını görməyi məsləhət görür. İlin əvvəlində himayədarın enerjisində dəyişiklik qaçış zolağına çevriləcək. Səhvləri tanımaq və onları düzəltməyə çalışmaq vacibdir.
Mars daxili instinktinə və uzaqgörənliyinə arxalanaraq gələcəyi görən insanlara dəstək olur. Məhz o, Oğlaqların həyatını parlaq dəyişikliklər və uğurlara qərq etməyə qadirdir.
Daha yaxşı olmaq arzusu yeni həyat üçün başlanğıc nöqtəsi olacaq, ancaq tam qələbə üçün aktiv şəkildə çalışmaq tələb olunur. Veneranın təsirindən dolayı Oğlaqları qarşıdakı il böyük uğurlar gözləyir. Amma bilməlidirlər ki, heç kim onların yerinə uğur qazana bilməz. İl ərzində xüsusilə də aprel və may aylarında bu bürclər qeyri-adi dəyişiklik və qorxularla qarşılaşacaq. Oğlaq bütün iradəsini yumruğa çevirməli və qərar qəbul etməlidir, çünki çox şey təhlükəli olacaq.

Dolça
Planetlər Dolça ilə münasibətdə yalnız bəzi durumlarda olduqca mülayim davranacaq. Günəşin təsiri başlanmış işi yarımçıq qoymağa və qeyri-adi yeni bir işlə məşğul olmağa təhrik edəcək. Bəzi Dolçalar ulduzların hazırladığı bu tələyə düşəcək. Sadəcə əzim və ağır iş sizi istədiyinizi əldə etməyə yardım edəcək.
2019-cu ildən xoşbəxtlik və firavanlıq gözləyənlər ürəyincə olan bir iş tapmalı və xüsusilə başqalarına liderliyini sübut etməyə çalışmadan onu layiqli şəkildə yerinə yetirməlidir. Yalnız ölçülüb-biçilmiş iş liderliyi gücləndirməyə və uzunmüddətli gözlənilən yüksəlişi əldə etməyə kömək edəcəkdir.
Böyük dəstək bütün ili aktiv olan Neptundan gələcək. Onun energetikası sayəsində ideyaları həyata keçirmək daha uğurlu olacaqdır. 2019-cu ildəki həyat qeyri-müəyyən görünə bilər, problemlər və çətinliklərlə doludur. Dolçalar özləri ilə daimi mübarizə içində olacaq və yalnız öz üzərində işləmək vəziyyəti düzəltməyə kömək edəcək.

Balıq
2019-cu ildə Balıqlar bütün hədəflərini maliyyə sektoruna yönəltməlidir. Yupiterlə Venera uğur qazanmaq üçün baş verən dəyişikliklər barədə onlara xəbər verəcək. İşin və ya fəaliyyət sahəsinin dəyişməsi, həmçinin şəxsi işə başlamaq və karyerada böyük inkişaf gözlənilir. İnad və müsbət əhval-ruhiyyə Balıqlara fevral ayının əvvəllərində uğur qazanmağa və qalan ayalara uyğunlaşmağa imkan verəcək.
Şəxsi həyatdakı dəyişikliklər 2019-cu ilin mart ayının axırlarında baş verəcək. Veneranın təsiri Balıqları bir az incidəcək, ailədə münaqişələr və anlaşılmazlıqlar yaranacaq. Ancaq bu böhranın aradan qaldırılması, ehtimal ki, ilin əsas vəzifəsi olacaqdır. Çox güman ki, gələn il bir çox Balıqlara güclü hisslər, ehtiraslı roman və coşqun sevgi gətirəcək. Bütün bunlar da ciddi münasibətlərin təməlini qoyacaq.

//Publika