Tovuzda çətənə yetişdirənlər ƏLƏ KEÇDİ
    • 2-05-2020, 13:08
    • 765

Tovuzda çətənə yetişdirənlər ƏLƏ KEÇDİ

Tovuz rayonunda kultivasiya yolu ilə çətənə kolları yetişdirən şəxslərə qarşı əməliyyat keçirilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az verilən məlumata görə, əməliyyatı Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Qədirli kəndi ərazisində keçiriblər.

Əməliyyat tədbiri nəticəsində Xatınlı kənd sakinləri C.Hüseynov və A.Mustafayev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 168 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
C.Hüseynov və A.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıblar.