Türkiyədə sutka ərzində koronavirusdan ölənlərin sayı AÇIQLANDI
    • 2-05-2020, 21:00
    • 750

Türkiyədə sutka ərzində koronavirusdan ölənlərin sayı AÇIQLANDI

Türkiyədə son bir gün ərzində koronavirusa 1 983 nəfər yoluxub.

News24.az "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib. O, qeyd edib ki, bu gün ölkədə daha 78 nəfər koronavirusdan ölüb. Bununla da COVID-19-dan ölənlərin sayı 3 336-ya çatıb.

Nazirin sözlərinə görə, virusa yoluxmuş 4 451 nəfər sağalıb. "Martın 30-dan ilk dəfə virusa birgünlük yoluxma sayı 2 000-ə yaxınlaşıb", - nazir deyib.