Tramp Kim Çendən DANIŞDI
    • 3-05-2020, 10:00
    • 837

Tramp Kim Çendən DANIŞDI

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın ictimaiyyət qarşısında görünməsinə münasibət bildirib.

News24.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.

ABŞ prezidenti bildirib ki, KXDR liderinin ictimaiyyət qarşısına çıxmasına və onun yaxşı olmasına məmnundur.