-
- 5-05-2020, 01:15
- 778
Britaniyada ən aşağı ölüm sayı qeydə ALINDI
Böyük Britaniyada yeni növ koronavirusdan ölənlərin sayı son sutka ərzində 288 nəfər artıb ki, bu da martın sonundan bəri ən aşağı göstəricidir.
News24.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Mett Henkok bildirib.
“Təəssüflər olsun ki, koronavirusdan 28 734 nəfər ölüb, sutka ərzində artım 288 nəfər olub. Bu, martın sonundan bəri ən aşağı göstəricidir. Ancaq həftəsonları adətən aşağı olur, ona görə də yenidən artacağını ehtimal edirik”, - mətbuat konfransında Henkok belə deyib.
Bazar günü ölüm sayı 28 446 nəfər, gündəlik artım isə 315 nəfər idi. Son sutka ərzində virusa yoluxma halları 3985 nəfər artaraq, ümumilikdə COVID-19 daşıyıcılarının sayı da 190 584-ə çatıb.