Britaniyada koronavirusdan ölənlərin sayı KƏSKİN ARTDI
    • 9-05-2020, 22:00
    • 722

Britaniyada koronavirusdan ölənlərin sayı KƏSKİN ARTDI

Böyük Britaniyada son sutka ərzində COVID-19 qurbanlarının sayı 346 nəfər artaraq 31587-yə yüksəlib.

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps şənbə günü keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, son bir gündə yeni virusa yoluxanların sayı 2217 nəfər artaraq, ümumilikdə 215 260-a çatıb.