"Tibb işçilərinin əmək haqqlarına əlavələr..." - İbrahim Məmmədov
    • 5-05-2020, 17:56
    • 854

"Tibb işçilərinin əmək haqqlarına əlavələr..." - İbrahim Məmmədov

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Pandemiya dövründə tibb işçilərinə ediləcək ödənişlərlə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Nazirlər Kabinetinin rəsmisi ödənişlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı və göstərişi ilə həyata keçirildiyini vurğulayıb: “Profilaktika ilə məşğul olan həkimlərin əmək haqqlarına üç misli, bioloji müayinə ilə məşğul olanların əmək haqqlarının dörd misl, bilavasitə xəstələrə xidmət edənlərə isə beş misli qədər əlavə olunacaq”. 

Afaq Mirayiq