BƏƏ-də hündürmərtəbəli bina YANIR - VİDEO
    • 6-05-2020, 00:14
    • 1 166

BƏƏ-də hündürmərtəbəli bina YANIR - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində hündürmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Əl-Nəhd ərazisində yerləşən binanın sakinləri təxliyə edilib. Yanğının qarşısını almaq üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Xilasedicilər mərtəbələri yoxlamaq üçün dronlardan istifadə edirlər.