-
- 6-05-2020, 18:11
- 1 656
"Balalarım doğum gününü atasız qarşıladı"- XOŞQƏDƏM HİDAYƏTQIZI
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının ailəsində xoş gün yaşanır.
News24.az xəbər verir ki, bu gün aparıcının əkizlərinin dörd yaşı tamam olur.
Aparıcı bu haqda sosial şəbəkədə paylaşım edib: "Düz dörd il əvvəl mənim mələklərim Arda və Arın dünyaya göz açdı. Bir bilsəniz ki, onların gəlişi məni necə dəyişdi?! Dünyanı, həyatı o qədər sevdim ki...Bu iki mələk məndən də çox sevir həyatı, insanları, bütün canlıları. İlanın rəsmini görəndə belə "Ana, mən bunu öpü bilərəm?" deyə soruşurlar. Və mən də qorxu içərisində "yox, o çox təhlükəlidir" deyirəm. O qədər təmizdilər ki, bəzi canlıların belə insana qıydığına inanmırlar. Hər gün ad gününə necə gün qaldığını soruşan Arın bu gün "Ana, bu gün atam gələcək?" sualını verdi və "yox" cavabını aldı. Geri döndüm, yatağının bir küncündə dolmuş gözləriylə əlindəki balaca pişiyinə "sən mənim atam olacaqsan və mənimlə birlikdə tort kəsəcəksən" deyir. Mənim halımı təsəvvür edin. ̈Üc ayda Arının mənə yaşatdıqlarını düşünün. Atasına düşkün, gecələr yuxusunda görəndə qalxıb sabahlara qədər ağlar, oyuncağını əlinə alıb uzun-uzadı onunla danışar, atasını nə zaman gətirəcəyini soruşar. Yəni bu gün Arın doğum gününü qeyd etmək istəmir, atasının gəlişini gözləyir...Bax belə... Bu gün balalarım doğum gününü atasız qarşıladı. Olsun, önəmli olan sağlıqdır. Sağlıq olsun, yetər. Mənim mələklərim, doğum gününüz mübarək. Rəbbim qarşınıza yaxşı insanlar çıxarsın, həyatınız günəş kimi işıq saçsın, valideynlərinizin qürur mənbəyi olun. Və bu gün doğulan bütün balaca mələkləri təbrik edirəm, bağrıma basıb öpürəm. Rəbbim gözəl bir dünyada sevdiklərinizlə birlikdə yaşamağı sizə nəsib etsin. Keçən il balalarıma məktəbdə Lalə və Natəvan xanım çox gözəl ad günü keçirdilər. Aylardı kı, məktəbə getmirik, gözəl tərbiyəçilərimiz, müəllimlərimiz ücün darıxırıq. İnşallah, Arda və Arın tez bir zamanda məktəbə, sevimli Lalə müəlliməsinə qovuşarlar".
Sevda Bayramova