Ermənistanda koronavirusdan 42 NƏFƏR ÖLDÜ
    • 7-05-2020, 11:19
    • 626

Ermənistanda koronavirusdan 42 NƏFƏR ÖLDÜ

Ermənistanda sutka ərzində 102 yeni koronavirus infeksiyası qeydə alınıb.

News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat verilib. Bildirilib ki, ümumilikdə ölkədə 2884 koronavirusa yoluxan xəstə var. Hazırda 1668 nəfər müalicə olunur.

Rəsmi məlumata görə, 42 xəstə virusdan ölüb. 

Koronavirus diaqnozu qoyulan daha 2 vətəndaş isə digər xəstəliklərə görə vəfat edib. Bu tip ölüm halların ümumi sayı 7-dir.