"Onlar da Azərbaycan mahnılarını öz adlarına çıxarırlar" - ƏHMƏD MUSTAFAYEV CAVAB VERDİ
    • 7-05-2020, 17:07
    • 1 505

"Onlar da Azərbaycan mahnılarını öz adlarına çıxarırlar" - ƏHMƏD MUSTAFAYEV CAVAB VERDİ

Türkiyənin tanınmış müğənnisi Buray azərbaycanlı müğənni Əhməd Mustafayevi oğurluqda ittiham edib. 

Sənətçi uşaqlar üçün bəstələdiyi "Evdə qal" mahnısının Ə. Mustafayev tərəfindən mənimsədildiyini bildirib: "Əmək oğrusu! Sözləri, melodiyanı keçirəm. Bəs uşaqların rəqsi? Hər şeyi plagiatdır. Söz və musiqi müəllifi yerinə də öz adını yazıb. Şikayət edəcəyik, məhkəmədə qarşılaşacağıq. Biz xalqa işıq, uşaqlara xoş əhval olsun deyə bu mahnını yazdıq. Yəni, ticari bir məqsədimiz olmayıb. Bu səbəbdən təzminat tələb etməyəcəyik. Verdiyim zəhmətin başqa ad altında təqdim olunması məni kədərləndirir. Əslində o, bizə yox, öz fanatlarına qarşı ayıb edib".

Məsələylə bağlı News24.az-a açıqlama verən Əhməd Mustafayev bildirib ki, bu birbaşa onun çalışdığı "Youtube" şirkətinin səhvidir: "Burayın mahnısını götürəndən sonra köməkçim şirkətə mahnının müəllifliyi haqda məlumat verib. Biz dedik ki, mütləq şəkildə söz və musiqi yerində Burayın adı qeyd olunsun. Şirkətdə işləyənlər səhv ediblər, adımı yazıblar. Sonra "İnstagram"da Burayın paylaşımından sonra şirkətlə əlaqə saxladım və dedim ki, dərhal o videonu kanaldan silin. Çünki mən indiyə qədər heç kimin haqqında girməmişəm. Videonu sildirəndən sonra o şirkətlə əlaqəmizi kəsdim. Fikirləşmişdim ki, karantin günlərində azyaşlılar üçün maraqlı bir şey edək, amma çox təssüf ki, belə oldu. Türklər də bizdəndilər, amma çox üzücü bir haldır ki, belə bir hal bizi başımıza gələndə biz susuruq. Bizim neçə-neçə bəstəkarlarımızın mahnılarını onlar qəsdlə öz adlarına çıxardıblar, amma biz susmuşuq və məsələni qaldırmırıq, amma onlar belə halları çox şişirdilər. Çox təssüf ki, bizdə müəllif hüquqlar qorunulmur. O ki, qaldı uşaqların rəqslərinə. Biz ordan heç bir video götürməmişik. Bu güclü əsər, kontata deyil ki, mənimsəyim. Belə məsələlərə baş qoşmuram, çünki yaradıcılığma təsir edir".

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq qafqazinfo.az saytı dərc edib.
 
Sevda Bayramova