"İmtahanlarda koronavirusla bağlı sual olacaq" MƏLEYKƏ ABBASZADƏ
    • 7-05-2020, 19:00
    • 748

"İmtahanlarda koronavirusla bağlı sual olacaq" MƏLEYKƏ ABBASZADƏ

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanında biologiya fənnindən koronavirusla bağlı sualların salınması məsələsinə münasibət bildirib.

News24.az -ın məlumatına görə, M.Abbaszadə qeyd edib ki, yuxarı siniflərdə hər zaman viruslarla bağlı dərslər keçirilib:

"Koronavirus virusların yeni növüdür. IX sinif dərsliyində insan özünü virus xəstəliyindən necə qoruya bilər sualı var. Koronavirusdan insan özünü necə qorunmaq lazımdır sualı yazılsa, burada nə qəbahət olar? 
Mövzular imtahana salınır, amma hansı sualların düşməsi barədə məlumatım yoxdur. Bunlar məndən asılı deyil. Amma bu mövzular var".

Afaq Mirayiq