Sabirabadda qızıl-zinət əşyaları OĞURLANDI - FOTO
    • 9-05-2020, 18:00
    • 821

Sabirabadda qızıl-zinət əşyaları OĞURLANDI - FOTO

Sabirabad sakini xalasının evindən oğurluq edib.

News24.az xəbər verir ki, Sabirabad şəhər sakini ona məxsus mənzildən 3 600 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə polis şöbəsinə müraciət edib. Sabirabad polis şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Sabirabad şəhər sakini, əvvəllər cinayət məcəlləsinin 180.2.1, 180.2.2 və 234.1 maddələri ilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü Kazımov Rizvan Sarxan oğlu saxlanılıb.

Saxlanılan şəxs oğurladığı qızıl-zinət əşyalarını tanışı Sabirabad şəhər sakini, əvvəllər cinayət məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Ağayev Mirhüseyin Xalıq oğluna verərək qızılları satmaqda ona kömək etməsini istəyib. Əvəzində ona hörmət edəcəyini də bildirib. Sonuncunun oğurluq hadisəsində iştirakı olmasa da  polis şöbəsinə gətirilən zaman özünü şübhəli apardığından üzərinə baxış keçirilib və ondan narkotik vasitə olan iki büküm heroin, üç büküm metamfetamin aşkar olunaraq götürülüb. 

Hər iki fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.