78 yaşlı qadına zor tətbiq ETDİLƏR - FOTO
    • 9-05-2020, 19:30
    • 763

78 yaşlı qadına zor tətbiq ETDİLƏR - FOTO

Yevlax rayon sakini, 1942-ci il təvəllüdlü Z.Məmmədova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 2 naməlum şəxsin ona məxsus evə daxil olaraq 1 000 manat pulunu qarət etdiklərini bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 

Araşdırmalarla müəyyən edilib ki, Yevlax rayon sakinləri Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov yaşlı qadına zor tətbiq edərək evdə olan 1 000 manat pulu götürərək qaçıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.