"Pulunu ödəyib, sonra verilişimə çəkmişəm" - AFAQ GƏNCƏLİ
    • 11-05-2020, 11:35
    • 825

"Pulunu ödəyib, sonra verilişimə çəkmişəm" - AFAQ GƏNCƏLİ

"Şəbnəm Tovuzlunu verilişimə ancaq kommersiya məqsədi ilə çəkmişəm. Pulunu ödəyib, pul müqabilində onu verilişdə qonaq eləmişəm". 

News24.az xəbər verir ki, bu sözləri teleaparıcı Afaq Gəncəli Tarix Əliyev (Tolik) "Tolik ilə səmimi" verilişində deyib. Prodüserin "Bəs, Üzeyir sizin verilişinizdə olub, yoxsa yox?" sualına Afaqın cavabı belə olub: "Üzeyir verilişimdə olub. Amma onu qeyd edim ki, Üzeyir özü verilişimdə çəkilmək istəmir. Biri var Üzeyir mənə desin ki, məni çək, mən deyim ki, yox, sən mənim formatıma uyğun deyilsən. Belə bir şey olmayıb. Özümün təklifim olub ki, "Üzeyir, səni çəkək". Üzeyir kameralardan qaçan insandır. İldə, ayda bir dəfə layihəsi olar çəkərik, olmaz belə".

Sevda Bayramova