-
- 12-05-2020, 15:19
- 1 028
Barəsində həbs qətimkan tədbiri seçilən NAZİR MÜAVİNİ DANIŞDI: "HƏRƏSİNDƏN 150 MİN..." - VİDEO
Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyindəki əməliyyatın videosunu yayıb.
News24.az xəbər verir ki, Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov ifadə verib: "Rayonlarda müəyyən cari təmir işləri aparandan sonra nəzərdə vəsaitlər olub. Toplamda bütün rayonlar üzrə 1 milyon 500 min miqdarında vəsaitlər var. İl ərzində 40-45 müəssisə təmir olunurdu və bu bütün fəaliyyət nəticəsində idarə rəisləri də 10 faiz miqdarında nazirliyə bir dəstək kimi verilirdi. 1 milyon 500 mindən 150 min vəsait olurdu. Bəzi hallarda bu pulu şirkətlər, idarə rəisləri verirdi".
Dövlət Təhülkəsizlik Xidmətinin (DTX) yaydığı videoda qeyd olunur ki, Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə, AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs kimi barələrində həbs qətimkan tədbiri seçilib.
News24.az həmin videonu TƏQDİM EDİR: