Azərbaycanda mədəniyyət müəssisələrinin tikintisi üçün ayrılan vəsait BELƏ MƏNİMSƏNİLDİ-VİDEO
    • 12-05-2020, 15:12
    • 696

Azərbaycanda mədəniyyət müəssisələrinin tikintisi üçün ayrılan vəsait BELƏ MƏNİMSƏNİLDİ-VİDEO

Azərbaycan ərazisində fəaliyyət göstərən musiqi məktəbləri, mədəniyyət evləri, kitabxanalar, rəsm məktəbləri, qalereyalar, klublar, muzeylər və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilmişdir.

News24.az Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsinə istinad olaraq bildirir ki, aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda araşdırmalar davam etdirilir.