Polislərlə sürücü arasında QARŞIDURMA -VİDEO
    • 16-05-2020, 12:46
    • 692

Polislərlə sürücü arasında QARŞIDURMA -VİDEO

Binə qəsəbəsində yol poilisi ilə avtomobil sürücüsü arasında qarşıdurma baş verib. 

News24.az-ın xəbərinə görə, nömrə nişanı olmayan “Lada Priora” markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq etdiyi bildirilir. Ətrafdakı insanların kömək cəhdinə baxmayaraq polislər maşını saxlaya bilməyib.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxladıq. O məsələnin araşdırılacağını bildirib.  

News24.az olayla bağlı videonu təqdim edir: 

Afaq Mirayiq