-
- 16-05-2020, 19:28
- 754
Qocalar evinin 40-dan çox sakini koronavirusa YOLUXDU
Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən “Nork” qocalar evinin 40-dan çox sakinində yeni növ koronavirus (COVID-19) aşkarlanıb.
News24.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook”da bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, bu gündən etibarən koronavirusa yoluxanların müalicə məqsədi ilə xəstəxanalara yerləşdirilməsinə başlanılıb.
Xatırladaq ki, Ermənistanda indiyədək 4283 nəfər koronavirusa yoluxub, 55 nəfər ölüb. Xəstəlikdən sağalanların sayı 1791 nəfərdir.
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyunun 13-dək uzadılıb./APA/