"Hər gün 2 minə yaxın adam dezinfeksiya işlərində iştirak edir" - ELDAR ƏZİZOV
    • 18-05-2020, 17:14
    • 571

"Hər gün 2 minə yaxın adam dezinfeksiya işlərində iştirak edir" - ELDAR ƏZİZOV

“Bakı Şəhər İcra Hakimiyyəti”nin balansında 11 min 700 bina var. Həftədə 2 dəfədən az olmayaraq bu binalarda dezinfeksiya işləri aparılır”.

News24.az xəbər verir ki, bu sözləri BŞİH başçısı Eldar Əzizov deyib. E.Əzizov bildirib ki, ətraf ərazilər və istirahət zonaları da dezinfeksiya edilir: “Bundan başqa iki həftədə bir dəfə Bakının sıxlıq olan küçələrində bu proses daha böyük həcmdə aparılır. Hər gün 2 minə yaxın adam dezinfeksiya işlərində iştirak edir". 

E.Əzizov koorporativ və MTK- larla bağlı məlumat verib:"Bunlar kollektiv mülkiyyət kimi işləyir. Onlar dezinfeksiya işlərini özləri aparır".

Eldar Əzizov həmçinin əhaliyə maskalardan istifadə etməyi də tövsiyə edib.