Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - VİDEO
    • 19-05-2020, 17:03
    • 655

Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - VİDEO

Yardımlı rayon Arvana kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Zəkili müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibəyə qatıla bilmək üçün dağın başına çıxıb. 

News24.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial səhifəsində paylaşım edib.

Müəllim T.Zəkili isə belə etməsinə səbəb kimi onun olduğu kənddə operator dalğalarının zəif olmasını deyib. O, dağın başına çıxaraq Lerik rayonunun həmsərhəd olan kəndinə gəlib və oradan onlayn müsahibəyə qoşulub.

Müsahibəni götürən şəxslər isə onun bu addımının maraqlı olduğunu deyib. 

Qeyd edək ki, koronavirus pandemiyasına görə mayın 4-dən start verilən müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edib. Mayın 7-dən etibarən isə digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlər onlayn müsahibələrə qoşulub.

Azərbaycanın bölgələrində xeyli sayda orta məktəb müəllimi internet problemi ilə üzləşir.