-
- 27-09-2018, 19:00
- 2 415
Hidayət Heydərov: Qızlara görə uduzduq
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qarışıq komandamız V yeri tutub.
Fərdi yarışlarda bürünc medal qazanmış idmançımız Hidayət Heydərov komanda yarışlarında bürünc medalı əldən vermələrindən danışıb:
“Çox istərdik ki, komanda yarışlarında qalib gələk. Alınmadı. Prezidentlə görüşümüz oldu. Bu, bizim üçün əlavə motivasiya olacaq. Gələcək yarışlarda daha uğurlu olacağıq”.
Heydərov komanda yarışlarında qızlara görə uduzduqlarını bildirib:
“Hamısı kişilər olsaydı, komanda yarışlarında, bəlkə də, qalib gələrdik. Qızlara görə uduzduq. Onlara görə 0:1, 0:2 geridə başlayırdıq. Hətta onlar olmasaydı, birincilik də qazana bilərdik. Məşqçilərimiz bunun üzərində çalışırlar. Nisbətən vəziyyət yaxşıya doğru gedir”.