-
- 21-05-2020, 17:59
- 909
Goranboyda sakinlərin torpaqlarını zəbt edən şəxslərlə bağlı araşdırmalara başlanıb - VİDEO
Sosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə bağlı xəbərlər yayılıb.
News24.az-ın məlumatına görə, həmin xəbərlərdə qeyd olunur ki, mayın 14-də Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar şikayət üçün rayon İcra Hakimiyyətinə gəliblər. Lakin bu vaxt İcra hakimiyyətinin vəzifəli şəxsləri qəbul zamanı onları döyüb, Arzu Verdiyevi isə pəncərədən aşağı atıblar.
Araşdırmamız zamanı hadisə şahidləri belə bir halın baş vermədiyini, Arzu Verdiyev və Eldar Musayevin iddialarının əsassız olduğunu bildiriblər.
Goranboyun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kəndinin bir qrup sakini redaksiyamıza müraciət edərək onların qanunu istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edildiyini bildiriblər.
Əldə etdiyimiz məlumata görə, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.