-
- 10-07-2018, 13:11
- 2 999
“Bizim tarla”nın məhsulundan görün nə çıxdı? – FOTO
News24.az saytının redaksiyasına izləyici tərəfdən bu gün məlumat daxil olub.
Müştəri mağazadan “Bizim tarla”nın məhsulu olan albalı mürəbbəsi alıb.
Şüşə qabın qapağını aşdıqda içərisində sınıq şüşə qırıntısının olduğunu görüb.
Məsələylə bağlı “Azərsun” holdingin xidmət əlaqələri şöbəsinin müdiri Afiq Səfərovla əlaqə saxladıq.
A. Səfərovun sözlərinə görə, belə hal mümkün deyil. “Bizim konserv zavodunda lazer rentgen texnikası var. Bütün istehsal olunan məhsullar həmin cizahdan keçir. Onun içərisində məhsuldan başqa hər hansısa bir yad cisim olarsa cihazın xətti onu tez bir zamanda kənarlaşdırır. Yad tullantının bankanınn içərisində olması qeyri-mümkündür. Çünki bankalar yüksək təyziqli vakkumla bir neçə dəfə yuyulur. Həm isti, həm buxarla yuyulduqdan sonra şüşə qabların sağlam olması yoxlanılır ” -deyə bildirib.
A.Səfərov “ Hansı hallarda şüşə qırıntılar yarana bilər?” sualını belə cavablandırıb. “Bizim əməkdaşlar tərəfindən daşınma zamanı, rəfə yığılan zaman, bir də müştəri aldığı zaman bankalar bir-birinə sürtünərək qırıntı yarana bilər”.
Elvin Nüsrətoğlu