Facebookun keçmiş moderatoru sosial şəbəkəni məhkəməyə verir
    • 28-09-2018, 16:45
    • 785

Facebookun keçmiş moderatoru sosial şəbəkəni məhkəməyə verir

Facebook sosial şəbəkəsində moderator işləmiş Selena Skola keçmiş iş yerinə qarşı iddia qaldırıb. Qız bəyan edib ki, işi ilə bağlı yüksək toksiki və psixoloji təsirli görüntülərə baxıb. O, işlədiyi müddətdə minlərlə şəkil, video və canlı yayımı şəbəkəyə yerləşdirərkən gördüyü işgəncəli və travmatik  görüntülərdən postravmatik stress pozğunluğu sindromuna yoluxub. 

9 aylıq iş müddətindən sonra onda xroniki yorğunluq, yuxusuzluq, sosiofobiya və sonda rəsmən təsdiqlənmiş PSPS diaqnozu qoyulub. 

Məhkəməyə ərizədə bildirilir ki, işdən ayrılandan sonra Selenada kompüterə toxunarkən simptomlar baş qaldırır, qız televizora baxa bilmir, yüksək səs və qışqırıqdan qorxur. O moderatorluq dövründə gördüyü bir neçə görüntünü xatırlayanda güclü stress keçirir. 

Qızın vəkili bildirir ki, Facebook xüsusi tibbi monitorinq fondu yaradıb, moderatorların sonrakı psixoloji travmalarını müalicə etməlidir. 

Facebook kommunikasiya bölməsinin direktoru bildirib ki, hazırda kompaniya şərtləri incələyir və moderatorların psixoloji dəstəyini artırmaq üçün resurslar qurur. O, etiraf edib ki, facebookda moderator işləmək çox vaxt çətin ola bilər.

//medicina.az