Abituriyentlərin imtahana psixoloji hazırlığı müzakirə ediləcək -
    • 10-05-2019, 13:29
    • 829

Abituriyentlərin imtahana psixoloji hazırlığı müzakirə ediləcək - "Facebook"da

Bu gün saat 15.00-da DİM-in “Facebook” səhifəsivasitəsilə abituriyentlərin imtahana psixoloji hazırlığı mövzusunda canlı yayım ediləcək.
Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, mayın 4-də DİM əməkdaşı Elmir Məmişov tərəfindən 16 nəfərlik qrupla seminar aparılıb, namizədlərə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilb, tapşırıqlar qoyulub və fikir mübadiləsi aparılıb.
Mayın 8-də isə növbəti təlim-seminar baş tutub. DİM-in əməkdaşı Məhəmməd Adıgözəlov tərəfindən keçirilən təlimdə namizədlərlə imtahanın psixoloji nüansları, stress, stressin idarə olunması və s. psixoloji mövzularda söhbət aparılıb müxtəlif psixodramalar tapşırıq şəklində yerinə yetirilib. Günün sonunda sertifikat almaq istəyən namizədlər yekun imtahan mərhələsinə cəlb olunublar.
Sertifikat almış nəzarətçilər mütamadi olaraq DİM tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcəklər.