"Sağlığında onun yalanlarının tək başıma cəlladı idim..."
    • 4-06-2020, 10:41
    • 1 164

"Sağlığında onun yalanlarının tək başıma cəlladı idim..."

"Allaha and olsun ki, o, çox yalan, şər, böhtanı qorxmadan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Floranın heç vaxt uşağı olmayıb, qarnına balışı qoyurdu ki, guya hamilədi. Qızını o, doğmayıb. Flora xanımın qızı ona oxşamasaydı, az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki, ağlıma gəlməzdi bir insan bu qədər şeytana qulluq edər. Bu söhbəti Floraya heç vaxt danışmamışam. Onun üzünə də bu sözləri yüz dəfə demişəm.Sağ olanda dediyim sözləri yanındakılar yaxşı bilir".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova mərhum İlhamə Quliyeva haqqında sosial şəbəkədə yazıb. Dadaşovanın bu sözlərinə Xalq artisti Flora Kərimova cavab verib: "Brilliant xanım, sizin başınız heç də az çəkmədi ondan. Nə birinci idiz, nə də sonuncu. İndi söz düşüb bəzilərinin dilinə -“sağlığında bir söz deyə bilmirdilər”. Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi savaşınızla qorumağı bacardız".

Sevda Bayramova