"Bayram etmək vaxtı deyil" - ÜST
    • 4-06-2020, 16:10
    • 529

"Bayram etmək vaxtı deyil" - ÜST

“Payızda koronavirusun ikinci dalğasına hazırlaşmalıyıq”.

News24.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe deyib.

ÜST rəsmisi bildirib ki, vəziyyət yaxşılaşır bayram etmək düzgün deyil: “Biz ölkələrə müraciət edirik: Vəziyyət yaxşılaşır deyə, bunu bayram etmək vaxtı deyil, hazırlaşmaq vaxtıdır. Biz indi payıza hazırlaşmalıyıq!”. 

H.Kluqe deyib ki, hazırda əksər Avropa ölkələrində koronavirusla bağlı vəziyyət yaxşılaşır.