Rabitə dirəyinə çıxıb intihar etmək istədi - CƏLİLABADDA
    • 6-06-2020, 10:10
    • 547

Rabitə dirəyinə çıxıb intihar etmək istədi - CƏLİLABADDA

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Cəlilabad rayonunda 1 nəfər rabitə dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

News24.az FHN-ə istinadən xəbər verir ki, Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.