ÜST-dən maska taxmaqla bağlı YENİ TÖVSİYƏLƏR
    • 6-06-2020, 11:16
    • 874

ÜST-dən maska taxmaqla bağlı YENİ TÖVSİYƏLƏR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), xüsusilə 60 yaşdan yuxarı insanlar üçün sıxlıq müşahidəolunan yerlərdə qoruyucu maskalar taxmağı tövsiyə edib.

News24.az TASS-a istinadən xəbər verir ki, ÜST, həmçinin dövlətlərə əhali arasında infeksiyanın geniş olduğu və fiziki məsafənin çətin olduğu yerlərdə maska taxmaqla bağlı təbliğat aparmağı məsləhət görüb.

Bundan əlavə, mütəxəssislər bütün xəstəxana işçilərinin koronavirus xəstələri ilə təmasda olub-olmamasından asılı olmayaraq maskalar geyinməli olduqlarını bildirdilər.

ÜST maskaların üç və ya daha çox təbəqədən ibarət olmasını vurğulayıb. Bildirilib ki, maska geymək əl gigiyenası və sosial məsafəni əvəz etmir. 

Vurğulanıb ki, maskalar yüksək temperaturda tez-tez yuyulmalıdır.