On-on alınan çörək bu gün ZİBİL YEŞİYİNDƏ - QORXUNC FOTOLAR
    • 8-06-2020, 15:36
    • 1 714

On-on alınan çörək bu gün ZİBİL YEŞİYİNDƏ - QORXUNC FOTOLAR

Elə 3 gün bundan əvvəl, daha doğrusu iyunun 5-i bu saatlarda market və mağazalarda yaşanan izdihamı xatırlayırsınızmı? 

Çörək almaq üçün ucu-bucağı görünməyən növbələr, on-on alınan çörəklər, bir-birini tapdalayan Bakı əhli... 

Və nəticə budur... Fotolarda əks olunduğu kimi... Bir çox zibil yeşikləri ağzınadək tullanılmış çörəklə doludur...


Ümid edirik ki, gördüyümüz mənzərələr bizim üçün həm də dərs olar və növbəti bu kimi məhdudlaşdırılma mərhələlərində eyni hallar yaşanmaz. 

News24.az çörək üçün növbələrdən, narazılıqlardan sonra bugünkü vəziyyəti əks etdirən fotoları təqdim edir. 

Sevda Bayramova
FOTO: Fərid Şabanov