Şəhriyar Del Gerani KORONAVİRUSA YOLUXDU
    • 10-06-2020, 12:21
    • 563

Şəhriyar Del Gerani KORONAVİRUSA YOLUXDU

"Covid 19" testim pozitiv çıxıb. Amma qəti şəkildə neqativə köklənmək olmaz".

News24.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında gənc şair Şəhriyar Del Gerani bildirib: "Allahdan gələn hər nə var, qəbulumdu. Canım üstə, gözüm üstə, ömrüm üstə yeri var hər bəlanın, hər xəstəliyin, hər dərdin. Allah hər şeyi görür və bilir. Duaların göy üzündə Allaha çatan yeri var, mən buna həmişə inanmışam, indi də inanıram. Hər şey yaxşı olacaq. Bu, mənim taleyimdir".

"Bu tale mənə məxsusdur bütün tərəfləriylə. Mən bu taleyin alnından öpürəm, bağrıma basıram. Allah necə haqdı"-deyə şair vurğulayıb.