Azərbaycana xaricdən gələnlərin hərarəti ölçüləcək, TESTDƏN KEÇƏCƏKLƏR
    • 11-06-2020, 17:37
    • 582

Azərbaycana xaricdən gələnlərin hərarəti ölçüləcək, TESTDƏN KEÇƏCƏKLƏR

“Heydər Əliyev Hava Limanına xaricdən gələn sərnişinlərin bədən hərarəti ölçülməli, onlar xüsusi testlərdən keçirilməlidirlər”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

E. Hacıyev nəzərə çatdırıb ki, test nəticəsi müsbət olan sərnişinlər xüsusi tibbi maşınla xəstəxanaya çatdırılacaq: “Azərbaycana gələn sərnişinlərin əlində son 48 saat üçün qüvvədə olan test nəticəsi olmalıdır. Üçuşdan sonra sərnişinlərin baqajları bir daha dezinfeksiya ediləcək. Sərnişinləri qarşılayanlar terminala daxil ola bilməyəcək, qonaqları bayırda gözləyəcək”.