İlham Əliyev II Elizabetə təbrik GÖNDƏRDİ
    • 12-06-2020, 15:34
    • 5 205

İlham Əliyev II Elizabetə təbrik GÖNDƏRDİ

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik ünvanlayıb.

News24.az xəbər verir ki, təbrikdə deyilir: "Ülyahəzrət,
Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Birləşmiş Krallığın dost xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xalqınıza daim rifah arzulayıram".