Azərbaycan əhalisi mayda əczaçılıq və tibbi mallara 60 milyon manat xərcləyib
    • 15-06-2020, 11:21
    • 520

Azərbaycan əhalisi mayda əczaçılıq və tibbi mallara 60 milyon manat xərcləyib

Bu ilin yanvar-may aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi mallara 262,3 mln. manat xərcləyib.

News24.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 42,2% çoxdur. Təkcə ötən ay əhaliyə 59,9 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da aprel ayı ilə müqayisədə 3,8% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub. /APA/