Hande Harmancı:
    • 16-06-2020, 10:14
    • 889

Hande Harmancı: "Azərbaycan xalqından ÜZR İSTƏYİRƏM"

"Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm".

News24.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayndəsi Hande Harmancı bildirib. O qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçirilib: "Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər. İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib. Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm. Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik". 

 Afaq Mirayiq