Rusiyada gündəlik sağalanların sayı yoluxanlardan çoxdur
    • 16-06-2020, 12:09
    • 383

Rusiyada gündəlik sağalanların sayı yoluxanlardan çoxdur

Rusiyada sutka ərzində 8248 nəfərdə koronavirus aşkarlanıb. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, ölkədə bir gündə 193 xəstə vəfat edib. 9767 nəfər isə sağalaraq evə buraxılıb. 

Qeyd edilib ki, gündəlik yoluxma halı 1,5 faiz azalıb. Yoluxanların 36 faizində xəstəliyin simptomsuz olduğu müşahidə edilib.