-
- 1-10-2018, 15:27
- 1 016
Karton evdə yaşayan 2 ailəyə yardım kampaniyası - Sirli qonaq bizi təəccübləndirdi
Bir neçə gün öncə Bakının Binəqədi rayonunda, Biləcəri qəsəbəsi ərazisində çox çətin vəziyyətdə yaşayan iki ailə barəsində məlumat yaymışdıq.
İki naçar ana Yaqut və Xəyalə redaksiyamıza üz tutaraq bu çətin günlərində onlara yardım etməyimizi, dərdlərini ictimaiyyətə çatdırmamızı istəmişdi. Biz də nagüman qoymadıq.( ətraflı məlumat almaq üçün bu linkə daxil olun: https://news24.az/4175-karton-evlerde-lampa-ishiginda-sefalet-ichinde-yashayan-iki-ailenin-haray-sesi-video.html)
Bu iki ailəyə yardım etmək üçün insanları köməyə səslədik, kampaniya başlatdıq. Yazı dərc olunan gündən redaksiyamıza gələn zənglərin sayı,hesabı yoxdur.Hər kəs bacardığı qədər kömək etmək, dəstək vermək istəyini bildirir. Bütün bunlar barəsində ayrıca material hazırlamışıq və tezliklə təqdim edəcəyik.
Amma, bu gün bir hadisə baş verdi ki, bu barədə yazmamaq, deməmək mümkün deyil.
Redaksiyamıza zəng vuran bir xanım maddi yardım göstərmək üçün gəlmək istədiyini bildirdi. Çox keçmədən zəng edib, dediyimiz ünvana gəldiyini bildirdi. Redaksiyamızın qapısından içəri girmədən, adını, kimliyini söyləmdən 300 manatı təqdim edib getdi. Kim olduğunu soruşanda isə aldığımız cavab çox sadə oldu. "Bunu edən mən deyiləm. Yanında işlədiyim iş adamı olan bir xanımdır. Sadəcə yaxşılıq etmək istəyən insan”.
Nə qəbz istədi, nə hansısa sənəd.Nə şirkət adı söylədi, nə də həmin xeyirxah adamın kim olduğunu.
Dünya yaxşı insanlardan, saleh əməllərə inanan insanlardan xali deyilmiş. Belə könlü nurlu insanlarımız var olduqca həyatımız daha işıqlı, daha gözəl olacaq. Var olun, yaxşı insanlar!
News24.az