-
- 18-06-2020, 14:47
- 475
“Yüksəliş” müsabiqəsinin videomüsahibə turunun nəticələri AÇIQLANDI
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin videomüsahibə turunun nəticələri bəlli olub.
News24.az xəbər verir ki, videomüsahibə turunun keçirilməsində məqsəd iştirakçıları yaxından tanımaqdır.
Bu turda əyani mərhələyə buraxılan 976 namizəddən 940 iştirakçı təlimatlara uyğun olaraq şəxsi kabinetdə videomüsahibələrini yerləşdirib. Videomüsahibə turunun şərtlərinə cavab verən 940 namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb. Videomüsahibə turuna qatılanlar 21-30 yaş aralığında 427 nəfər, 31-40 yaş aralığında 432 nəfər, 41-51 yaş aralığında 81 nəfər təşkil edib. Ümumilikdə isə iştirakçılardan 786 nəfəri kişi, 154 nəfəri qadındır.
Müsabiqənin İşçi qrupunun təyin etdiyi ekspert heyəti tərəfindən videoların təhlilləri aparılıb. Ekspert heyətinin tərkibində Dövlət İmtahan Mərkəzinin nümayəndələri və insan resursları üzrə mütəxəssislər yer alıb.
Bu turun qaydalarına əsasən, namizədlər təklif olunan 5 sualdan 3-nü seçərək cavablandırıb. İştirakçılar videomüsahibə turunda müəyyənləşdirilmiş şərtlərə, həmçinin texniki göstəricilərə də xüsusi diqqət yetiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumlikdə 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.